Çevrə tənliyinin qurulmasının tətbiqi
Məlumdur ki, mobil telefonlar siqnalların bir ötürücü stansiyadan digər stansiyaya peyklər vasitəsilə ötürülməsi ilə işləyir. Təsəvvür edin ki, siz bu mobil operator şirkətində çalışırsınız və sizə belə bir məsələni həll etmək tapşırılır.
Məsələ: 3 şəhər arasında ötürücü stansiyanı elə yerləşdirin ki, daha çox istifadəçiyə xidmət etsin. Uyğun tənliyi yazın.
Həlli:
Məsələni riyazi üsulla hesablamalar aparmaqla həll etmək olar.
Mən bu məsələnin Geogebra proqramı vasitəsilə necə həll olunacağı haqqında məlumat vemək istəyirəm.
1)Şərtə əsasən şəhərlər A(4;4); B(0;-12); C(-4;6) nöqtələrində yerləşir.
2)Bu nöqtələri birləşdirən üçbucaq çəkək.
3)Üçbucağın tərəflərinin orta perpendikulyarlarını çəkək.
4)Perpendikulyarların kəsişmə nöqtəsini qeyd edək. O()
5)Proqram vasitəsilə mərkəz və verilən nöqtələrdən birini seçməklə çevrəni çəkək.
6) Çevrə çəkildikdə avtomatik çevrənin tənliyi ekranda görünür.